Hər il yaz aylarında uşaqlar arasında rotavirus adlı virus yayılır. Bu xəstəlik əsasən 5 yaşına qədər uşaqlarda özünü biruzə verir.
Hokm.az xəbər verir ki, xəstəliyin əsas əlamətləri qusma, yüksək hərarət və ishaldır.
Pediatr Əkbər Quliyev AZTV-yə bildirib ki, əgər şiddətli qusma, ishal və maye itkisi çoxdursa, mütləq həkimə müraciət edilsin.
İnfeksionist Könül İsmayılova isə deyib ki, uşaqlar arasında yayılan xəstəliyin qriplə heç bir əlaqəsi yoxdur.
Ətraflı videomaterialda izləyə bilərsiniz: