“Tikinti kralı”nın oğlu polisin qurğularını qırıb ərazidən qaçdıbackend

“Tikinti kralı”nın oğlu polisin qurğularını qırıb ərazidən qaçdı

“Tikinti kralı”nın oğlu polisin qurğularını qırıb ərazidən qaçdı…

Bakı-Ələt yolunda sürücü avtomobili ilə xüsusi karantin rejiminin tələbini pozub.

Hokm.az-ın “MediaPost”a istinadən əldə etdiyi məlumata görə, “Mercedes” markalı avtomobili idarə edən şəxs polislərin qanuni əmrlərinə tabe olmayıb. O, yol qurğularını qıraraq və nəqliyyat vasitəsilə ərazidən qaçıb.

Həmin şəxs polis əməkdaşlarının gördüyü tədbirlər nəticəsində saxlanılıb. Onun Rəmzi Şükürov olduğu müəyyən edilib. Belə ki, sözügedən şəxs iş adamıdır və şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

Məlumat üçün bildirək ki, atası Əvəz Şükürov da “tikinti kralı” kimi tanınır.

  •  (0)
  •  (0)