Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Zeynal Zeynalova hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hokm.az “Report”a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Z.Zeynalov tanışı, 1985-ci il təvəllüdlü Ramil Oruclunu aralarında yaranan mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Z.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.