İki dövlət arasında müharibəni izləyən və onu müxtəlif platformalarda dəyərləndirməyə çalışanlar arasında erməni İctimai televiziyasının keçmiş rəhbəri Mark Qriqoryanın sözləri niyəsə yadda qalan oldu.
Yüz illərdir “Qarabağın ürəyi, açarı, müqəddəs məbədi və hərbi-strateji yüksəkliyi” adlandırılan Şuşanın azad edilməsi ətrafında düşmən informasiya cəbhəsində yaşanan ziddiyyətlər və ictimai şok fonunda savaşın taleyinin artıq həll olunduğunu düşünənlər üçün sabiq redaktor unikal bir rezyümedə bulunmuşdu.O demişdi ki, ermənilərin Gürcüstandan, İrandan və Rusiyadan küskünlüyü, qırğınlığı bundan sonra daha da artacaq.Heyrətamiz hökmdür.
Bütöv bir xalqın mənəvi deformasiyasının daş abidəsidir. Yenildiyin döyüşdə, bir-birinin ardınca itirdiyin hərbi mövqelərdə və yaşayış məntəqələrində on illərlə yaratdığın “dağ qartalları” əfsanəsinin yerlə-yeksan olduğunun günahını, acınacaqlı məğlubiyyətinin səbəblərini qonşularda, dünya dövlətlərində axtarmaq əsrlərdən gələn mərəzdir, natamamlıq kompleksidir, soyqırın ideologiyasını gələcəyə daşımaq və onun içərisində mövcud olmağın ağır mirasıdır.
Çox az rast gəlinən rasional düşüncə adamları içərisində boyu görünən və son bir ayda ABŞ-dan öz xalqına yox olmuş millətlərin qədim öyüdlər kitabının dilə ilə səslənən sabiq müşavir Jirayr Libaridyanın söylədiyi kimi, erməni xalqı faciə ilə yaşamağı həyat fəlsəfəsinə çevirib və tarixin müxtəlif dövrlərdə əldə etdikləri müvəqqəti hərbi nailiyyətləri də uğursuzluq kimi təhtəlşüuruna yazıb, özününküləşdirə bilməyib və qısa müddət sonra əldən verib.Yəqin, daha ədalətli qiymətləndirmə o olardı ki, ətrafında mifologiyalar qurulan həmin qələbələr erməni dövləti, xalqı, ağlı, taktika və strategiyası ilə əldə olunmadığı üçün bir millət faciələrini daşlaşdırmağı, onu akkumulyasiya etməyi daha üstün tutub, necə deyərlər, ölüm instinktini bütün başqa insani hislərin üzərinə çıxarıb.Ona görə, dünya sosio-psioxoloji laboratoriyaları Qafqaz coğrafiyasında hər formasiya dəyişəndə böyük köçə məruz qalan və bütün bəşəriyyətə asi düşən bir düşüncə məhsulunu dərindən araşdırmalı, onun yəhudi, fələstin, yaxın qərbli-şərqli mədəniyyətindən hansı xüsusiyyətlərinə görə geri qaldığını təyin etməlidir.
Azərbaycanın Şuşa Zəfəri 8 noyabrda qazanıldığı üçün Sovetlər Birliyinin dağılması ilə 2-ci dünya müharibəsinin qələbə səlnaməsinin də bütöv bir xalqın əlindən alınması, tarixin ikiləşməsi və əbədi dəyərlərin iflası baş vermişdi.8 mayda “Dağlarda toy” çıxaranları qarşısında görənləri cəmi bir gün sonra nəinki faşizm üzərində qələbəyə inandırmaq mümkün deyildi, eləcə də onlar hitlerizmin yenidən zühur etdiyinə, yer üzündəki bütün dəyərlərin və yüksək materiyaların mənasızlığına daha çox əmin olurdular.İndi 8 rəqəmi siyasi təqvimin merac tarixidir, bəlkə də son iki yüz ildə bütün uğursuzluqlara və müstəmləkəçiliklərə zərbə günüdür, müqəddəs məbədlərin və ruhların azad edildiyinin simvoludur.
Nədən belədir? Təkcə ona görə yox ki, coğrafi ölçülərinə görə Qüdsdən də balaca olan o diyar daha çox müsəlman-türk-azərbaycanlı kimliyinin bütün keçmiş acı və şirinliyini özündə əks etdirir, əlbəttə bu inkarolunmazdır, lakin həm də ona görə ki, Şuşanı ermənilər zirvə kimi saxlamağa qadir deyildilər, ola da bilməzdilər.O üzdən şair-esseçi Mandelştamın “40 min pəncərədən qaranlıq və hüzn asıldığını” müşahidə etdiyi bir əsrlik kədərli mənzənin-prozanın səbəblərini də məhz burada axtarmaq lazımdır.Nədir, niyə belədir sualının başqa bir cavabı da çox sadədir-özgə torpaqlarda ev, vətən, dövlət inşa etmək olmur!
Nə qədər məskunlaşdırmaya yardım siyasəti keçirsən də təntənəli tədbirlərin rəsmiyyəti-musiqisi altında ikinci bir əks əməliyyat-köç baş verəcək.Ona görə də erməni Baş nazir soydaşlarının ahu-zarını başa düşə bilmir-“ot basmış, baxımsız və dalana çevrilmiş bir yer”in nisgilini qandaşları niyə belə ağrılı yaşayır..
Şuşa Zəfərindən sonra az qala bir ay susan, Qarabağdakı mundirini prezidentliyə dəyişən Koçaryan da, indi müxtəlif məxfi görüşləri montaj edib ona “7 rayon üçün 5 milyard dollar təklif olunmuşdu” şəklində keçmişdən indiyə alibilər düzəldən qatil Sarkisyan da, protez ayaqları ilə öz xalqından oğurladığı milyardlardan özünə səltənət düzəldən Ohanyan da 8 noyabrda məğlub oldular.
Ona görə də hələ “nə baş verdiyini anlamayan, Azərbaycanın mərd oğullarının ildırım sürəti ilə Hadrutu, Füzulini, Cəbrayılı alandan sonra 1400 metrlik yüksəkliyə haradan daxil doluğunu başa düşməyən’’ qoca hərbi kahinlər əlacsızlıqlarını hamıya deməyə məhkumdular.Bəli, onlar qalibiyyət paradına çıxanda “Şuşa biz səni dirçəldəcəyik” deyə bilməyiblər.Təkcə ağılları deyil, həm də ürəkləri çatmayıb.Əsil torpaq sevgisini yaşamayıblar.
İndi bütün dünya erməniçiliyi üzərində qazanılan qələbədə məsuliyyətdən kənarda qalan yoxdur.Axı ‘Qarabağ Komitəsi”nin başlatdığı 32 illik müharibənin son 2 əsrdə arxasında dayanan bütün gerçəklik-mənfur ideoloqlarından tutmuş xarici güclərə qədər hamısı Şuşada yeniliblər.Ona görə yaxalarına taxdıqları orden və medalların, çəkilən minlərlə filmin və yazılan tamtəraqlı sözün, yaradılan bəzəkli əsərin və saxta parıltılı tablonun bir gərəksiz tullantıya çevrilməsi onlar üçün böyük dərddir. “Şuşanın satıldığını” iddia edən düşmən sadəcə Azərbaycanın Şanlı Ordusunun Qalibiyyət ruhunu söndürmək, əfsanəyə çevrilən oğulların rəşadət və hünərini öz mənfur daxili çəkişmələrinə bağlamağa çalışmaları da bununla əlaqədardır.Lakin keçməz.Alınmaz.
1400 metr Şuşa yüksəkliyinin mənəvi pilləkəni, ilahi mərtəbəsi onun coğrafi hündürlüyündən qat-qat ucadır! Qarabağa və dünyaya Şuşadan baxmaq bir millətin gələcəyini hər nöqtədə zirvələrə daşımaq üçün misilsiz kosmik üstünlükdür.
Ayrıca bir planet də deyə bilərsiz-canı və qanı ilə qayalaşan, dağlaşan şəhidlərə görə!