Sumqayıtda evdən 40 min ABŞ dolları və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də şəhər ərazisindəki evlərin birindən 40 min ABŞ dolları və 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Kotec qəsəbə sakini Y.Meylamova saxlanılıb.
Araşdırma aparılır.