SON DƏQİQƏ! DİN məlumat yaydı: 103 nəfər tutulubbackend

SON DƏQİQƏ! DİN məlumat yaydı: 103 nəfər tutulub

Daxili İşlər Nazirliyi  fevral ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.

 

  •  (0)
  •  (0)