Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs TUTULDUbackend

Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs TUTULDU

Şuşa şəhər sakini olan bir kişi özü və həyat yoldaşı barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən kişi ondan 200 manat pul alınmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini, əvvəllər dələduzluğa görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb.

Siyəzən RPŞ-də araşdırma aparılır.

  •  (0)
  •  (0)