Salyanda keçmiş arvadını doğrayan şəxslə bağlı YENİ XƏBƏRbackend

Salyanda keçmiş arvadını doğrayan şəxslə bağlı YENİ XƏBƏR

2021-ci il iyunun 04-də Salyan şəhər sakini Cəmilə Əsgərovanın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Salyan rayon prokurorluğundan Hokm.az-averilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Xəyal Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Cəmilə Əsgərovaya mətbəx bıçağı ilə müxtəlif bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Xəyal Əsgərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  •  (0)
  •  (1)