Sabiq polis rəisinin törətdiyi silahlı insidentlə bağlı YENİ MƏLUMATbackend

Sabiq polis rəisinin törətdiyi silahlı insidentlə bağlı YENİ MƏLUMAT

Paytaxtın Sabunçu rayonunda sabiq polis rəisi Rza Hacıyev silahlı insident törədib.

Hokm.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, hadisə Pirşağı qəsəbəsində yerləşən mağazalardan birinin yaxınlığında qeydə alınıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rza Hacıyev saxlanıb. Ondan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Silahlı insidentlə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, təqaüddə olan polkovnik Rza Hacıyev vaxtı ilə Bakının Sabunçu rayonunun və Neftçalanın polis rəisi vəzifələrində çalışıb.

  •  (0)
  •  (0)