Qubada aqrotexniki qaydada narkotik yetişdirən şəxs saxlanıldıbackend

Qubada aqrotexniki qaydada narkotik yetişdirən şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon 1-ci Nügədi kənd sakini Fariz Ağayev saxlanılıb.

Hokm.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin evinə baxış zamanı narkotik vasitə hesab olunan qurudulmuş marixuana və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayevin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq olunmuş 42 ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

  •  (0)
  •  (1)