Qohumlarını qətlə yetirən şəxs keçmiş arvadını da öldürmək istəyirmişbackend

Qohumlarını qətlə yetirən şəxs keçmiş arvadını da öldürmək istəyirmiş

Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Hokm.aza verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulub. Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülüb.

  •  (0)
  •  (0)