Son bir ildə qlobal bazarda şəkər tozu qiymətində ciddi artım müşahidə olunur. Araşdırmalar nəticəsində məlum olub ki, şəkər tozu bazarında kəskin bahalaşma qeydə alınıb. Mütəxəssislərin sözlərinə görə, qlobal bazarda şəkər tozu qiymətlərinin artımına dünyada baş verən pandemiya, xam neft qiymətlərinin yüksəlməsi, eyni zamanda Rusiya- Ukrayna arasında gedən müharibə səbəb olub.
Xam neft qiymətlərinin yüksəlməsi daşınma xərclərinin 66% artmasına, təxminən 2 il davam edən pandemiya istehsalın aşağı düşməsinə, Rusiya-Ukrayna müharibəsinə ilə əlaqədar tədarükün azalmasına səbəb olub, bununla da şəkər tozuna tələbat artıb. Rusiya və Ukrayna arasında gedən müharibə səbəbindən həm məhsulların xaricə çıxışı, həm də limanların və logistikanın fəaliyyətində problem yaranıb. Bu vəziyyət logistika xərclərinin artmasına və limanlarda uzun müddət gözləmələrə səbəb olub. Bunun məntiqi nəticəsi kimi şəkər tozu qiymətlərində nəzərə çarpacaq qədər artım qeydə alınıb.
Qeyd edək ki, hazırda ətraf ölkələrdə şəkər tozunun bir tonunun qiyməti Özbəkistanda 1100 dollar, Qazaxıstanda 1071, Qırğızıstanda 1100, Rusiyada 870, Gürcüstanda 720, Türkiyədə 1200 dollar təşkil edir. Statistikaya əsasən Azərbaycanda şəkərin qiyməti bu ölkələrdən minimum 200 ABŞ dolları aşağıdır və məhsulların tədarükündə heç bir problem yoxdur.