Qarabağın qeyrət mücəssəməsibackend

Qarabağın qeyrət mücəssəməsi

28 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Ağdam şəhərinə səfər etmiş və bir çox təməlqoyma tədbirlərini həyata keçirmişdir. Respublika günündə Qarabağın siyasi və mədəni mərkəzi olan Ağdam şəhəri təsadüfən seçilməmişdir. Ağdam Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda gedən döyüçlərdə ən çox şəhid verən rayon kimi tarixə düşmüşdür.

Qarabağın işğaldan azad olunmuş bütün bölgələri Baş plan əsasında bərpa  olunacaqdır. Ağdam şəhərinin baş planı hazırlandıqdan sonra rayonun tanınmış ziyalıları ilə müzakirə olunacaq və onların da təklifləri nəzərə alınacaq. Cənab Prezident 140 illik tarixi olan və Ağdam üçün çox önəm daşıyan şəhər  1 Saylı orta məktəbin təməlqoyma mərasimində iştirak etdi. Eyni zamanda, yaxın gələcəkdə Ağdam şəhərində yeni iş yerləinin yaradılması məqsəsi ilə Ağdam Sənaye Parkının təməlini qoydu. Həmin sənaye parkının ərazisi təqribən 200 hektara yaxındır və burada çoxlu sayda iş yerləri açılacaqdır.

Elə həmin gün Bərdə-Ağdam avtomobil yolunun da təməli qoyuldu və tezliklə həmin trassa əhalinin istismarına təhvil veriləcəkdir. Burada həmçinin dəmiryolu bərpa olunacaqdır. Ağdamın ən görkəmli yerlərindən biri olan İmarət kompleksinin bərpası üçün görüləcək işlərə artıq start verilmişir. Qarabağda ilk olaraq Ağdam şəhərində tikilməsi nəzərdə tutulmuş İşğal və Zəfər muzeylərinin  konsepsiyası artıq hazırdır.

28 mayda Prezident Ağdam şəhərində salınması nəzərdə tutulmuş Böyük meşə sahəsinin təməlini qoydu. Ağdam şəhərinin içərisində 125 hektarlıq böyük bir meşə zolağı olacaqdır. Burada süni göl yaradılacaq, kanallar, körpülər tikiləcəkdir. Bütün Qarabağ yaxın gələcəkdə Azərbaycanın ən gözəl bölgələrindən biri olacaqdır.

30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızda erməni vandalları tarixi analoqu olmayan vəhşiliklər törətdi, Ağdamda daş daş üstündə qalmadı. Bu azmış kimi Xocalı soyqırımı həyata keçirildi. Çox təəssüf ki, dünyanın bir çox dövlətləri həmin müddət ərzində haqqı tanımadılar və bizə demokratiya dərsi keçmək istəyənlər bu günə kimi hələ də işğalçının tərəfini tutur, ikili standart siyasəti yürdürlər.

Rəsmi İrəvan bu müddət ğrzində yalnız təxrubatla məşğul oldu. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların Azərbaycana qaytarılması mümkün deyildir. Bu cür təxribatçı çıxışlarla Ermənistan rəhbərliyi faktiki olaraq danışıqlar prosesinə son qoydu.  Danışıqların davam etdiyi 17 il ərzində xalqımız bütün proseslərin canlı şahidi idilər. Ölkəmiz münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır. Biz çalışırdıq ki, münaqişəni sülh yolu ilə həll edilsin, lakin 30 ilə yaxın davam edən danışıqlar müddətində onlar işğalçıya heç bir təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara qarşı hansısa bir sanksiya həyata keçirmədilər.

Azərbaycan danışıqların heç nəticə vermədiyini görüb, danışıqlar masasından döyüş meydanına enmək zorunda qaldı. 44 günlük müharibə nəticəsində Azərbaycan Zəfər çaldı. Dünya bizim Silahlı Qüvvələrimizin gücünü, rəşadətini və qəhrəmanlığını gördü. Xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi və onları torpaqlarımızdan qovdu.

Müharibənin getdiyi müddət ərzində Azərbaycan özünü məsuliyyətli bir dövlət kimi apardı və müharibənin bütün qaydalarına riayət etdi. Məhz buna görə də Ermənistan tərəfindən mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi. Azərbaycan xalqı bundan sonra müzəffər bir xalq kimi qürur hissi ilə yaşayacaqdır.

Azərbaycan bu müharibəni zəfərlə başa vurmaqla təkcə Ermənistana deyil, onlara havadarlıq edən dövlətlərə və dünya erməni lobbizminə qalib gəldi. Belə ki, erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoyduq. “Böyük Ermənsan” ideyası tarixin arxivinə verildi və həmin ideyanın yenidən dirçəldilməsi üçün heç bir əsas qalmadı.

Eyni zamanda, Azərbaycan Ordusunun tətbiq etdiyi müasir hərbi strategiyalar nəticəsində qələbəmiz daha inamlı oldu. Ermənilər elə fikirləşirdi ki, Azərbaycan Ordusu hücuma Ağdamdan başlayacaq. Ona görə də onlar birada çox mürəkkəb istehkam qurmuş və hər tərəfi minalamışdılar. Bizim Ağdam istiqamətindən hücum etməyimiz böyük yanlışlıq olardı. Ancaq Ali Baş Komandanın əmri ilə Azərbaycan bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdı ki, erməni ordusunun əhəmiyyətli hissəsi burada olsun. Bu cür düzgün taktika erməniləri çaşdırdı və əsas qüvvələrini burada saxladılar. Bu da bizim zəfərimizi reallaşdırdı.

Bildiyiniz kimi, müharibə dövründə birinci Cəbrayıl rayonu, daha sonra Füzuli,  Hadrut, Murovdağ, Suqovuşan, Zəngilan və Qubadlı işğalda azad olundu. Ötən il 10 noyabr tarixində Ermənistan kapitulyasiya aktını imzaladı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, hətta bütün dünya bilir ki, Paşinyan həmin aktı hansı formada imzaladı.

Hazırda dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük İkinci Qarabağ müharibənin aparılma taktikası öyrənilir. Dünya miqyasında müharibə zamanı Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız da müharibənin nəticələrinə ciddi təsir göstərmişdir. Ancaq bayrağı azad olunmuş ərazilərə sancan və onu ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgəri və zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə və şəhidlərimizə borcluyuq. Məhz şəhidlərimizin və qazilərimizin qanı ilə suvarılan Qarabağ vətən oldu.

Ermənilər hələ də revanşimzim ideyalarını təbliğ edir və təxribatlar əl atırlar. Onlar unurmamalıdırlar ki, “dəmir yumruq” yerindədir və istənilən zaman həmin yumruq erməni təxribatçılarının başına dəyəcəkdir.

Nahid Əsədzadə,

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci

  •  (2)
  •  (0)