Vətən müharibəsinin ilk günlərində Qarabağda əlində silah və toyuq ilə poza verən erməni keşiş Ovannes uzun müddətdən sonra ortaya çıxıb.
Hokm.az publika.az-a istinadən xəbər verir ki, o, Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə təşkil etdiyi etiraz aksiyalarına qatılıb.
Müharibə dövründə “qəhrəmanlıq” mesajları verərək təhdidlər yağdıran və Qarabağı əsla tərk etməyəcəyini bildirən keşiş bu gün paytaxt İrəvanda etirazçı qruplara özünün dini geyimində qoşulub.