Biz 90-cı illərin uşaqlarının üzü güləndə qəlbimizdə bir kədər var idi. Bəlkə buna səbəb biz dünya gələndə valideyinlərimizin bir gözünün gülməsi, digər gözünün isə vətənin acı gününə ağlaması ilə dünya göz açmağımız oldu. Bizim qulaqlarımıza dualarla adlarımızı oxuyanda dünyadan xəbərsiz olsaq da eşidirdi körpə qulaqlarımız məğlubiyyətin səsini, böyüklərin ah-naləsini. Körpə qulaqlarımıza gələn bu səslər şüurumuza yansıdı və biz hər zaman istənilən uğura sevinsəkdə hüzünlü bir kədərə aparırdı. Bəzilərimiz ana bətnində idik, bəzilərimizin isə heç 1 yaşı dolmamışdı. Ancaq sevincimizin ən bol olduğu anlarda belə biz daxilimizdə bir sevinc əksikliyi hiss edirdik. Şəxsən mən Xocalı faciəsindən üç gün sonra dünya gəldim. Ad günüm baharın ilk ayında olsa da. Kölnümüzdə bir qış var idi. Məhs 27 sentyabr üzü qışa gedən günlərdə bizim kölnümüzdə bahar çiçəkləri açdı. 30 ilin həsrətini 44 günə bitirən bahar gəldi kölnümüzə .Sanki 30 il bu ölkəyə bahar gəlməmişdi, sanki 30 ildir, bu ölkədə yaz, yay olmurdu. Sentyabrda isə sanki 30 ilin qarı, buzu əriməyə başladı. Buzlaşmış, torpağın altındakı toxum kimi cücərdi arzularımız, ümüdlərimiz. Müzəffər Ali baş Komandan İlham Əliyevin ilk xalqa müraciəti kölnümüzdəki arzular toxumuna sərpilən ilk su oldu. Günlər keçdikcə artıq arzularımız reallığı çevrilirdi. Arzular və ümüdlər toxumumuz reallığa bənzəyən qollu-budağlı bir çinar oldu. Bütün xalqımız bu çinarın ətrafında birləşdi. Onların sadəcə bir arzuzu var idi Çinar daha da böyüsün qol qanad açsın . O günlərdə dilindən, dinindən, milliyətindən və siyasi görüşündən aslı olmayaraq bir xalq olduq çinarı qoruyan. Ruslar, fransızlar, amerikalılar, farslar əllərində mişarla bu çinarı doğramaq , ən azında budaqlarını qırmaq istədilər. Çinarı gəmirməyə hazırlaşan erməni adlı qurda himayədarlıq etmək istədilər. Ancaq çinarı böyüdən xalq bu qurdu məhv etdi, əlində palta olanları isə gözünə milli birliyimizlə qorxu saldı. Bu arada bu çinarı qoruduğumuz, böyütdüyümüz zaman xalqımıza mənəvi dəstəyini əsirgəməyən dövlətlərdə oldu. Türkiyə, İsrail, Pakistan, Ukrayna bizdən mənəvi hətta maddi dəstəklərini əsirgəmədilər. Sanki dostun həyətindəki ağaca su verən xoşməramlı insanlara çevrildi onlar.
Biz bu gün 44 günlük Vətən Müharibəsinin ilk anım gününü qeyd etməyə hazırlaşırıq. İlk zəfərimizi bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Döyüşdə iştirak edən istər arxa cəhbə olsun, istər ön cəhbə olsun əməyi olan hər kəsə Allah uzun ömür versin. Zəfərimizin memarı isə Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir !!! Cənab Prezident Allah sizi daim müzəffər etsin !!!
Nəzərbəy Hacıağayev, NəzərMedia.az İnformasiya Portalının baş redaktoru