Fevralın 14-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Hokm.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə daşqın və yanğın mövsümünə onların nəticələrini minimuma endirmək üçün hazırlığı müzakirə edib.
İclasda Putinin ABŞ prezidenti Donald Trampla telefon danışığının nəticələri və Birləşmiş Ştatlarla inkişaf edən əlaqələr də müzakirə mövzusu olub.