Prezident İlham Əliyev Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayevlə bağlı Sərəncam imzalayıb.
“Hokm.az” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Qurban oğlu Musayev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün M. Musayevin 70 yaşı tamam olur.