Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.
Hokm.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.
S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.