Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyindəki “IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradılması haqqında” 6 yanvar 2021-ci il tarixli fərmanında dəyişiklik edib.
Hokm.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Mərkəzin Müşahidə Şurasının (MŞ) üzvlərinin sayı 3-dən 5-ə çatdırılıb.