Prezident fərman imzaladıbackend

Prezident fərman imzaladı

Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Hokm.az xəbər verir ki, dəyişikliyə əsasən, Əqli Mülkiyyət Agentliyinin vəzifələri artırılır.

Əqli Mülkiyyət Agentliyinin vəzifələri sırasına əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçmədiyi hallarda da müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirmək, bu halda istifadəyə görə qonorarı müvafiq qaydada yığmaq və hüquq sahiblərinə çatdırmaq əlavə edilir.

  •  (0)
  •  (0)