Dövlət başçısının bu gün imzaladığı sərəncamdan sonra Prezident Administrasiyasının strukturundakı vakant vəzifələrin sayı üçə yüksəlib.
Hokm.az-ın məlumatına görə, hazırda Prezident Administrasiyasında aşağıdakı yüksək vəzifələr boşdur:
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi;
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri;
Sənəd dövriyyəsi şöbəsinin müdiri.
Xatırladaq ki, ölkə başçısı fevralın 17-də Azər Məhəmməd oğlu Qasımovu Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edib.