Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” sərəncam imzalayıb.
Hokm.az-ın xəbərinə görə, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Ağamir Əzizxan oğlu Sultanov
polkovnik Anar Təvəkkül oğlu Kərimov
polkovnik Namiq Sərəfruz oğlu İslamzadə
polkovnik Tehran Cavid oğlu Mənsimov.