Ermənistan Baş naziri Nikol Paşinyanın saqqalını qısaltması ölkə mətbuatının gündəminə çevrilib.
Hokm.az PROPRESS-ə istinadən xəbər verir ki, bu barədə “DejaVu” teleqram kanalı yazıb.
“Yanvarın 11-də Moskvaya səfərindən bir həftə əvvəl Putin administrasiyasının göndərdiyi bir qrup tibb mütəxəssisi Baş nazir Paşinyanın səhhətini yoxlamaq üçün Ermənistana gəlib. Qəbul edən tərəfə inam yaratmaq üçün müayinələr Rusiyadan gətirilmiş avadanlıqdan istifadə edilərək aparılıb. Yoxlama məlumatlarının gecikməsi də səfərlə bağlı dəqiq məlumat verilməməsinin və son araşdırma nəticələri əldə olunana qədər səfərin təsdiqlənməməsinin səbəbi olub.
Rus mütəxəssislər qənaətbəxş nəticələr əldə etsələr də, Nikol Paşinyan üçün başqa bir şərt də qoyublar. Müayinənin nəticələri barədəki arayışda aydın mətnlə müxtəlif mikrobların və infeksiyaların yayılmasına səbəb ola biləcəyi üçün Ermənistan baş nazirinin saqqalını da qırxmasının lazım olduğu deyilib. Paşinyan isə onun talismanı olduğu üçün görüşlərdən əvvəl lazımi şəkildə dezinfeksiya olunacağına söz verərək, mümkünsə, saqqalın qısa olsa da, saxlanılmasını xahiş edib. Çox deyişmələrdən sonra rus tibb mütəxəssisləri Moskvadakı həmkarları ilə məsləhətləşərək mümkün qədər təhlükəsiz ola biləcək ən qısa saqqal seçiminə icazə veriblər. Bu səbəbdən Paşinyan artıq brend halına gəlmiş saqqalını bu qədər qısa kəsib”, – teleqram kanalı bildirib.