“Park Cinema”dan ŞİKAYƏT: “Rus dili hegemonluğu nə vaxt bitəcək?!”backend

“Park Cinema”dan ŞİKAYƏT: “Rus dili hegemonluğu nə vaxt bitəcək?!”

“İşə qəbul etməzdən qabaq işçilərinizə yaşadıqları ölkənin dövlət dilində danışmağı öyrədin”.

Sosial şəbəkə istifadəçisi Əsra Məmmədli “Park Cinema” əməkdaşı tərəfindən üzləşdiyi kobud rəftarla bağlı şikayətini paylaşıb.

O hesab edir ki, kinoteatrlardakı seanslarda rus dilinə üstünlük verilməsi doğru yanaşma deyil:

“Şikayətim “Park Cinema” ilə bağlıdır. Bu gün “Dune” filminin saat 14:45, ingilis dilində “Flame Towers”də olan seansı üçün dostlarımla gəlmişdik. Biletləri onlayn aldığımıza görə qeydə alınıb-alınmamasına əmin olmaq üçün kassaya yaxınlaşıb, soruşmağa qərar verdik. Soruşmağımızın əsas səbəbi isə odur ki, bir neçə gün qabaq “Cinema Plus”da onlayn şəkildə “e-mail”dəki QR kodu skan edərək içəri keçməyin mümkün olmasıdır və çap etməyə ehtiyac olduğunu bilmirdik. Kassaya yaxınlaşanda kassir xanım çox kobudca cavablar verərək səs tonunu qaldırdı və Azərbaycan dilində bilmədiyini deməyə başladı. Mədəni şəkildə verilən suallara səsini qaldıraraq ancaq rusca cavab verə biləcəyini bildirdi.

Xahiş edirəm ki, işə qəbul etməzdən qabaq işçilərinizə yaşadıqları ölkənin dövlət dilində danışmağı öyrədin. İkincisi isə niyə seansların 90%-i rus dilində olmalıdır?! Nəyə görə vətəndaşlar filmin originalına ingilis dilində baxa bilmək üçün seçim etməkdə çətinlik çəkməlidir. İllərdir davam edən bu rus dili hegemonluğu nə vaxt bitəcək?!”.Yenicag.az

  •  (0)
  •  (0)