Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. IX Hesabat-seçki baş məclisində növbəti 4 il müddəti üçün İcraiyyə Komitəsi üzvlərinin adları müəyyənləşib.
Hokm.az xəbər verir ki, İcraiyyə Komitəsinin tərkibində bir sıra yeni adlar yer alıb, bir neçə şəxs komitədən uzaqlaşdırılıb.
Belə ki, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Hacı Ramil İcraiyyə Komitəsinin yeni tərkibində yer almayıb. Həmçinin deputat Könül Nurullayeva da yeni tərkibə seçilməyib.
Qeyd edək ki, Prezident İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.