Niyaməddin Musayev təkzib etdi – “Xəstəxanadayam”backend

Niyaməddin Musayev təkzib etdi – “Xəstəxanadayam”

Xalq artisti Niyaməddin Musayev hələ də xəstəxanada olduğunu açıqlayıb.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın “6/8 axşam şousu”na telefonla zəng edərək deyib. O bildirib ki, xəstəxana onunla bağlı yalan açıqlama yayıb:

“Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər”.

Qeyd edək ki, N.Musayev koronavirusa yoluxub. O, Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib.

  •  (0)
  •  (0)