Nazirlikdən məktəb direktorunun səs yazısı olayına MÜNASİBƏTbackend

Nazirlikdən məktəb direktorunun səs yazısı olayına MÜNASİBƏT

Təhsil Nazirliyi Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırmalar aparır.
Hokm.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
“Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək”, – nazirlikdən qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.
  •  (0)
  •  (0)