NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
“Hokm” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“NATO-nun müttəfiqləri müdafiə sahəsinə investisiyalarını fəal şəkildə artırırlar”, – deyə M.Rutte qeyd edib.
Onun sözlərinə görə, alyans ölkələri Ukraynaya milyardlarla yardım, eləcə də təhlükəsizlik zəmanətləri hazırlayır. Bununla belə, Rutte konkret olaraq blokun hansı üzv dövlətlərinin bunda iştirak etdiyini açıqlamayıb.