Metroda gediş haqqı artırılır? – Qurumdan cavabbackend

Metroda gediş haqqı artırılır? – Qurumdan cavab

Mətbuatda və sosial şəbəkələrdə Bakı metrosunda gediş haqlarının artırılacağı barədə xəbərlər yayılıb. İddia olunur ki, gediş haqqı 50 qəpikdən 55 qəpiyə qaldırılacaq.

Hokm.az modern.az-a istinadən xəbər verir ki Qurumdan sorğuya cavab olaraq bildirilib ki, QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqı sonuncu dəfə ötən ilin iyun ayında qaldırılıb. Qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası verib.

  •  (0)
  •  (1)