Metro da 21:30-dək işləyəcək? – Rəsmi CAVABbackend

Metro da 21:30-dək işləyəcək? – Rəsmi CAVAB

Bu gün Bakı və Abşeronda avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək. Buna səbəb kəskin hava şəraitinin davam etməsi göstərilib.

Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almaları xahiş edilib.

Bakı metrosunun da iş qrafikində dəyişiklik edilib-edilmədiyi müzakirə edilir.

Hokm.az məsələ ilə əlaqədar Bakı Metropoliteni QSC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, metronun iş saatlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Qeyd edək ki, Bakıda ötən gün başlayan qarlı hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir.

  •  (0)
  •  (0)