Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində Gənclər Günü münasibətilə paylaşım edilib.
Hokm.az-ın məlumatına görə, paylaşımda deyilir:
“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”