Məhkəmə sertifikasiyadan kəsilən müəllimin tələbini RƏDD ETDİbackend

Məhkəmə sertifikasiyadan kəsilən müəllimin tələbini RƏDD ETDİ

Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini rədd edib.

Hokm.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildə keçirilmiş sertifikasiya prosesində iştirak etmiş, amma imtahanın nəticəsi ilə razılaşmayan bəzi müəllimlərin məhkəmələrdə qaldırdıqları iddialar təmin edilməyib.

Təkrar sertifikatlaşdırmada uğurlu nəticə əldə etmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş Qazax rayonu Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Məmmədova Rəfiqə Səməd qızının təkrar sertifikatlaşdırmanının nəticələrinin ona aid hissədə ləğv edilməsi barədə iddia tələbi Gəncə İnzibati Məhkəməsinin qərarı ilə rədd edilib.

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib.

Məlumatı saytımıza açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən təsdiq ediblər.

  •  (0)
  •  (0)