Mədəniyyət Nazirliyinin əsasnaməsi dəyişdi – Prezident fərman imzaladıbackend

Mədəniyyət Nazirliyinin əsasnaməsi dəyişdi – Prezident fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Hokm.az bildirir ki, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019; № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.4-cü bəndə “birinci müavini” sözlərindən əvvəl “iki” sözü əlavə edilsin;

1.2. 5.8-ci bənddə “müavininə” sözü “müavinlərindən” sözü ilə əvəz edilsin;

1.3. 5.9-cu bənddə “müavinindən” sözü “müavinlərindən” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

  •  (0)
  •  (0)