Xəbər verdiyimiz kimi Loti Quli ləqəbli kriminal avtoritet Nadir Səlifov Türkiyənin Antaliya şəhərində öz yaxın adamı Xan ləqəbli kriminal ünsür tərəfindən qətlə yetirilib.
hokm.az Musavat.com-a istinadla xəbər verir ki, onlar birlikdə yemək yeyərkən Xan Qulinin baş nahiyəsinə 4 güllə vurub və onu öldürüb, daha sonra isə qaçıb.
Bundan sonra türk polisi qatili Antaliya-Dənizli yolunda həbs edib.

















