Kritik Moskva görüşü: Kreml divarlarının arxasında hansı qərarlar çıxacaq?backend

Kritik Moskva görüşü: Kreml divarlarının arxasında hansı qərarlar çıxacaq?

Görüş öncəsi baş veren reaksiyalar göstərir ki, Moskvada 10 noyabr sazişindən sonra yaranan yeni reallıqları müzakirə etməyə, ən əsası yeni müharibədən qaçmaq üçün yeni razılaşmalara ehtiyac var:

Azərbaycan: Prezident Əliyev 6 yanvar müraciətində bildirdi ki, həm erməni XİN-in Qarabağa səfəri qanunsuzdur, həm də rus sülhməramlılarının fəaliyyətindən narazılığın səbəblərini bilir və bəzi hallarda göz yumur.

Ermənistan: Müharibədə məğlub olan və müharibənin münaqişə tərəfi kimi bir addım geri çəkilən ölkə öz rolunu həm Rusiyaya təslim edib, eyni zamanda qodarma rejimdən qalan elementlərin ermənilik əsasında yeni dizaynı aparılır – Bu xüsusuda Vitali Balasanyanın yeni lider kimi üzə çıxması və dəstəklənməsi.

Rusiya: 10 noyabr razılaşmasının qarantoru kimi birbaşa məsuliyyətləri var və şəxsən Putinin məsuliyyət daşıdığı imza onun üçün bir sıra öhdəliklər yaradır.

10 noyabrdan keçən müddətdə yaranan reallıqlar:

1. Prezident Əliyev dünən bildirdi ki, noyabrın 10-dan sonra böyük qayıdışı sürətlə başlamışıq, ərazilər minalardan azad edilir, bölgələrə ordumuzun dislokasiyası bitib və logistika təmin olunub, türk hərbi elementləri bölgəyə yerləşib, investisiyaların cəlbedilməsi razılaşdırılıb və milyardlarla dollarlıq sərmayələr yönləndiriləcək. 1,5 milyon nəfərin köçü baş tutacaq.

2. DQ qondarma rejimin hökümətinin yendinə qurulması baş verir, faktiki idarəetmə yaradılıb və Ermənistan hökuməti şəxsən iştirak edir.

3. ATƏT-in MQ-nun həmsədrləri – Fransa və ABŞ gedişatdan narazı qalaraq, 10 noyabr sazişinin dəyişdirilməsinə çalışır, bir növ rusların qurduğu Balasanyan rejimini də müstəqil dövlət kimi qurmağa hazırlaşırlar.

4. İran Qafqaza dönmək istəyir və iki gün sonra xin Cavad Zərifin bölgəyə səfəri başlayacaq.

a) İran bölgənin qurulmasında iştirak etmək

b) Güney Azərbaycan məsələsində Azərbaycandan mövqe almaq

c) Türkiyənin Qafqaza daxil olmasına necəsə müqavimət göstərmək

 

Paşinyanın mətbuat katibi onun 11 yanvar Moskva görüşünün gündəliyini təqdim edib.

❗ Moskvada Paşinyan, Putin və Əliyevin üçtərəfli görüşü planlaşdırılır.

❗Üçtərəfli görüşün əvvəlcədən planlaşdırılan gündəliyi regional əlaqələrin açılması, Ermənistandan Rusiya Federasiyasına, İran İslam Respublikasına, eləcə də Ermənistanın mərkəzi bölgələrindən Sünik bölgəsinə beynəlxalq yük daşımalarının həyata keçirilməsinə aid iqtisadi yönlü məsələlər var.

❗Ermənistan tərəfi əsirlərin geri qaytarılması, azərbaycanlılar tərəfdən azad edilmiş ərazidə axtarış-xilasetmə əməliyyatları aparmaq, ölənlərin cəsədlərinin şəxsiyyəti, itkin düşənlərin taleyinin aydınlaşdırılmasıdır.

❗Bu məsələlərdə razılaşmalar əldə edilsə, görüşdən sonra liderlər ortaq bir bəyanat imzalanması nəzərdə tutulur.

Prezident İlham Əliyev üçün isə bu görüşdə müzakirə ediləcək və yekun qərar veriləcək məsələlər:

Azərbaycan – Rusiya münasibətlərinin gələcəyi – Baydenin prezidentliyi, Rusiyaya artan sanksiya basqını, rus sülhməramlıların məramları, Qarabağ erməniləri, bölgədə gizlənən yox, aşkar fəaliyyət göstərən silahlı terrorçular, Ermənistanla dəhliz məsələləri və münsibətlər müzakirə ediləcək. Türkiyə və İranın rolları, ATƏT MQ –nun gələcəyi də nəzərdən keçiriləcək.

Görşdən sonra İrəvan orientasiyasını dəyişə bilər….

Ermənistanın səsi qəzetində maraqlı bir məqalə dərc edilib.

Paşinyanın görüşə qatılması Şahmatda ilk gedişlərdə Şahın çıxılmaz duruma düşməsi ilə eyniləşdirmək olar, çünki Əliyevin 44 gün ərzində Nikoldan yaratdığı ləyaqətsiz obrazının təmsilçisi 10 noybar kimi biabrıçı məğlubiyyətə imza atmaqla (həm də bizi buna ruslar məcbur edib), sərhəd kəndlərimizi onlara verməklə, Naxçıvana dəhliz açmaqla – bunlar yaşanıb, indi daha nələri verib, qayıdacaq?

Moskva danışıqlarının gündəliyi ilə bağlı bəzi nəticələri İlham Əliyevin açıqlamasından çıxarmaq olar: “Mən hadisələrdən qabaqlamaq istəmirəm, amma dəhlizin açılması 10 noyabrda imzalanan birgə bəyanatda öz əksini tapmışdır. Buna görə dəhliz mütləq açılacaqdır.”

Göründüyü kimi sabahkı görüşdə əsl şahmat gedişləri olacaq, qambitlərdən ehtiyatlı olmaq lazım deyil.

“Ayatsk” analitik mərkəzinin direktoru Anna Karapetyan 11 yanvar görüşündə N.Paşinyan 3 məsələ ilə bağlı sənədləri imza atacağını iddia edir:

✅ Yeni ərazilərin Azərbaycana verilməsi:

✅ Naxçıvanla dəhlizin açılması:

✅ Ermənistan qüvvələrinin Qarabağdan tam çıxarılması;

 

Əziz Əlibəyli

BM üzrə tədqiqatçı

  •  (1)
  •  (1)