Kəlbəcərdə Tolerantlıq Mərkəzi YARADILA BİLƏRbackend

Kəlbəcərdə Tolerantlıq Mərkəzi YARADILA BİLƏR

Azərbaycanın coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ölkədə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayılıb, bir-birinə qarşılıqlı təsir göstərib. Bunun nəticəsidir ki, ölkəmizdə müxtəlif dinlərin qədim məbədləri mövcuddur. Onların biri də Kəlbəcər rayonunda yerləşən Xudavəng Monastırıdır. Qədim alban memarlığının və tarixinin nümunəsi olan bu abidənin dinlərin qardaşlığı, tolerantlığının mərkəzi olması ilə bağlı təkliflər səsləndirilir. Belə ki, sözügedən ərazidə eyni zamanda yəhudilərin ibadət üçün sinaqoq və müsəlmanların ibadəti üçün məscidin tikilməsi, bölgədə üç dinin tolerantlıq mərkəzi olması təklif edilir.

Hokm.az xəbər verir ki Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa və komitə üzvü Cavanşir Paşazadə Modern.az-a açıqlamalarında təklifə münasibət bildiriblər.

Fazil Mustafa təklifi müsbət dəyərləndirib:

“Təklif dinlərarası mühitin yaradılması baxımından müsbət qarşılana bilər. Ərazinin tolerantlıq mərkəzi olaraq göstərilməsi normal yanaşmadır. Bu kimi məsələlərdə hansısa belə təkliflərdən istifadə edilməsi ümumi işimizin xeyrinə olar. Yəni qoy dinlərin məbədləri orada canlansın, gələnlər də yalnız bir məbədi yox, digərlərini də ziyafət edib dəyərləndirsin”.

Cavanşir Paşazadə isə bildirib ki, əvvəlki dövrlərdə də bu məsələ ilə bağlı təkliflər olub:

“Azərbaycanda belə bir tolerantlıq nümunəsinin yaradılması ilə bağlı Ulu öndərimizin də fikri var idi. Heydər Əliyev Naxçıvandakı çıxışlarında da bunu bildirmişdi. Sonrakı dövrlərdə də dinlərin qardaşlığı, tolerantlığı tədbirlərini cənab Prezidentin apardığı siyasətdə görürük. Müsəlmanların, xristianların və yəhudilərin birlikdə tədbirlərdə olması, dini rəhbərlərin apardığı birgə müzakirələr belə bir addımın atılmasına şərait yaradır. Eyni zamanda bu məsələ Şeyxülislam həzrətlərinin patriarxla görüşlərində də qaldırılmışdı.
Amma toleratnlıq mərkəzin harada açılacağını deyə bilmərəm”.

  •  (0)
  •  (0)