Kamil Zeynallı danışdı: “Mehriban xanım Əliyevanın tapşırığı ilə buraxıldım” – MÜSAHİBƏbackend

Kamil Zeynallı danışdı: “Mehriban xanım Əliyevanın tapşırığı ilə buraxıldım” – MÜSAHİBƏ

“Sonuncu dəfə tutulanda, vaxtından tez buraxıldım. 30 sutka vermişdilər. 10-cu sutkada buraxıldım. Və mənə dedilər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə buraxıldım. Çünki xanım tapşırıb ki, məhkəmə qərarını düzgün araşdırıb, sonra versin”.

Bu barədə MediaBaku.az-a özəl müsahibəsində məhşur idmançı Kamil Zeynallı deyib.

Hokm.az həmin müsahibəni təqdim edir:

– Kamil bəy, başlayaq lap əvvəldən. Harda doğulub, təhsil alıb böyümüsən?

– Göyçayda doğulmuşam. Təhsilim 4-cü sinifə qədər Göyçayda olub. Sonra Bakıya köçmüşük təhsilimə burda davam etmişəm. Orta məktəbdə idmanla məşğul olmuşam. Biraz nadinc idim (gülür). Özüm ali təhsilliyəm idman universtetində oxumuşam. Cavanlıqdan bu günə kimi başım bəlalıdı. Yəni ki, yaxşı mənada. Başıma gəlməyən işlər qalmayıb. O vaxtdan bu günə kimi hələ də davam edir.

– Bakıda şərait qurmaq çətin olmadı?

– Əlbəttə çətin oldu. Biz o vaxt anamla gələndə uzaq – uzaq qohumlar var idi. Gedib onları tapırdıq. Onların evində qalırdıq. Bir ay bir qohumun evində, 10 gün bir qohumun evində, 15 gün isə birinin evində qalırdıq. Gənclikdə bir daxma ev var idi. Həmin o daxmanı əvvəllər dam kimi istifadə edirdiler. Hansı ki, həmin daxmada toyuq – cücə və balonlar bağlayıb saxlayırdılar. Sonra biz həmin daxmanın bəzi yerlərini düzəldib, anamla illərlə o balaca otaqda qaldıq. Anam qonşuların evini təmizləyirdi, qonşuların qaşını alırdı sapla. Mən butulkalar, yeşiklər satırdım. Yəni ki, bu cür günləri görə-görə gəlmişik.

– Yeni İl günü atəşfəşanlıq edənlərə münasibətin?

– Vallah hər kəsin həyata bir baxışı var. Kiməsə vicdan öyrətməklə deyil, kiməsə vətənpərvərlik öyrətməklə deyil, kiməsə kişilik öyrətməklə deyil. Gərək hər insanın qabında, canında, qanında olsun. Mən deməklə onlar düzələn insanlar deyillər. Nə bilim, nə deyim onlara? Sadəcə ayıbdır. Şəhid analarından, şəhid bacılarından, şəhid qardaşlarından, şəhid atalarından ayıbdır. Qolları, ayaqları, gözləri olmayan qazilərimizdən ayıbdır. 1 ili biz boş keçirə bilərdik. Heçnə olmazdı. Amma çoxsu boş keçirmədi, təntənəli sürətdə qeyd elədilər.

– Sizin necə ürəyiaçıq insan olduğunuz hər kəsə bəllidir. Kamili gözügötürməyən şəxs və ya şəxslərə sözün?

– Gözü götürməmək deyil, bilirsiz paxıllıqdır. 1-ci paxıllıqdır. Paxıllıq olan yerdə sonradan gözü götürməməklik gəlir, xayinlik gəlir, torba tikənlik gəlir, ayaq altı qazmaq gəlir. Hər şeyin başında 1-ci paxıllıq dayanır. O da normal bir şeydir. Bir insan qabağa gedəndə, bir insan yüksəkdə olanda, bir insan çox seviləndə onun düşmənləri çox olur. Ona görə mən elə şeyləri normal qarşılayıram. Yəni ki, yollarına davam eləsinlər, mənim üçün fərqi yoxdur. Məndə öz yoluma davam edirəm.

– Hər çətinliyin arxasında bir işıq olur, bir əl uzanır. Sənə o əl uzandımı?

– Sonuncu dəfə tutulanda, vaxtından tez buraxıldım. 30 sutka vermişdilər. 10-cu sutkada buraxıldım. Və mənə dedilər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə buraxıldım. Çünki xanım tapşırıb ki, məhkəmə qərarını düzgün araşdırıb, sonra versin. Yəni düzgün qərar verildi və məni azad elədilər. Bütün bunlar Mehriban xanımın diqqəti sayəsində oldu. Yoxsa bu dəqiqə, bu günkü gün mən hələ də mənim 30 sutka içəridə olmağım davam edəcəkdi. Yəni içəridə olacaqdım.

– Bu gün Kamil bu qədər əziyyət çəkməsəydi və ya daha çox əziyyət çəksəydi harda olardı?

– Çox əziyyət çəkmişəm. Bundan o tərəfə əziyyət yoxdur. Əziyyətlə bir dağa qalxırsan, dağa qalxandan sonra görürsən ki, hələ qalxmağa, aşılmalı dağlar çoxdur. Həyat elə bir şeydir ki, əziyyət bitmir. Əziyyət ömür boyu davam edir, insanın son nəfəsinə kimi əziyyət davam edir. Bir yerə kimi deyil. Əziyyətin ardı-arası kəsilmir. Həyatda rahat yaşamaq, hörmətli bir insan olmaq, özünə inam qazanmaq üçün də həmişə əziyyət çəkməlisən. Bu əziyyətlər hələ təzə başlayır.

– Kamil bəy, müsahibə üçün təşəkkür edirik.

– Buyrun

  •  (0)
  •  (1)