İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Hokm.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.