İşlədiyi şirkətdən külli miqdarda pul oğurlayan şəxs yaxalandıbackend

İşlədiyi şirkətdən külli miqdarda pul oğurlayan şəxs yaxalandı

Şəkidə işlədiyi şirkətdən külli miqdarda pul oğurlayan şəxs tutulub.

Hokm.az xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da şəhər ərazisində fəaliyyət göstərən MMC-lərdən birinə məxsus “Mercedes” markalı avtomobildən 14072 manat pul oğurlamaqda şübhəli bilinən həmin MMC-nin işçisi F.Əliyev saxlanılıb.

Ondan həmin pulla aldığı “Nissan” markalı avtomobil maddi sübut kimi götürülüb.

  •  (0)
  •  (0)