İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildibackend

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirəyə çıxarılıb.

Hokm.az bildirir ki, dəyişikliyə əsasən, Məcəllənin 540.5-ci maddəsinin dispozisiyasında “4.6-4.8-ci” sözləri “4.7-ci və 4.8-ci” sözləri ilə əvəz edilir və həmin maddədən “və yerli özünüidarəetmə” sözləri çıxarılır.

Qeyd edək ki, Məcəllənin 540.5-ci maddəsinə əsasən, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulmasına görə – vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq I oxunuşda qəbul edilib.

  •  (0)
  •  (0)