Azərbaycan Prezidenti İlham Əliyev Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Hokm.az xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.