İlham Əliyev DTX-nın ştat sayı ilə bağlı dəyişiklik etdi – FƏRMANbackend

İlham Əliyev DTX-nın ştat sayı ilə bağlı dəyişiklik etdi – FƏRMAN

Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və DTX-nin sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişiklik edilib.

Hokm.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Həmçinin fərmanla DTX-də ali hərbi rütbəli vəzifələrin siyahısında da dəyişiklik olunub.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

  •  (0)
  •  (0)