Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Hokm.az-ın xəbərinə görə, dəyişikliklə dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği müəyyənləşib.
Belə ki, dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.