İlham Əliyev bu qanunu LƏĞV ETDİbackend

İlham Əliyev bu qanunu LƏĞV ETDİ

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”  Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

Hokm.az xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

Bu Qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, energetika sahəsini tənzimləyən Azərbaycan Respublikasının qanunlarından, energetika və enerji resurslarından səmərəli istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Ələt azad iqtisadi zonasında enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Bu Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının 1996-cı il 30 may tarixli 94-IQ nömrəli Qanunu ləğv edilir. Dövlət başçısının bununla bağlı fərman imzalayıb.

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunun 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə də fərman imzalayıb.

  •  (0)
  •  (0)