Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.
Hokm.az Yenisabah-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.
“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, – məlumatda qeyd olunub.
Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.
Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.
İcra başçısı onun özəlləşdirərək özünə ev edib.