Macarıstanın Baş naziri Viktor Orban Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidzeni və hakim “Gürcü Arzusu” partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edib.
“Hokm.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Heç kim Gürcüstanda seçkilərin qeyri-demokratik olduğunu deməsin”, – Orban bildirib.
Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası oktyabrın 26-da keçirilən seçkilərdə məntəqələrin 99,97 faizinin nəticələrinə əsasən 53,93 faiz səs toplayaraq qalib gəlib.