Daxili İşlər Nazirliyi İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Goranboy sakini Sərdar Həsənovla bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətindən Hokm.az-a bildirilib ki, polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb. Hadisə zamanı iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.
S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.