Goranboyda toyda bıçaqlanma oldubackend

Goranboyda toyda bıçaqlanma oldu

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hokm.az-ın məlumatına görə, hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu mərasimdə baş verən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

  •  (0)
  •  (0)