Goranboy şəhərində 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hokm.az xəbər verir ki, 1992-ci il təvəllüdlü S.Ələkbərova və S.Hüseynovaya bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü M.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, yaralıların vəziyyəti kafi qiymətləndirilir.