Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Hokm.az-a xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter”də paylaşım edib.
Sədr paylaşımında bildirib ki, ölkənin cənub sərhədində Biləsuvar gömrük postunda 527 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.